Xuraman Muradova

Xuraman Muradova - Salam, 60 yaşım

Poeziya 11 Aug 2026 77
Xuraman Muradova - Salam, 60 yaşım

Xuraman Muradova - Salam, 60 yaşım

Salam, 60 yaşım

Salam, 60 yaşım! – Xoş gördük səni,
Nə yaxşı  gəlmisən bu ömrümə sən.
Şükür ki, yaşatdı Yaradan məni,
Şükür  bu günə ki, gördüm səni mən .

Hər çətin yolları birgə gəlmişik.
Sən özün şahidsən keçdim nələrdən.
Gəl dinlə, danışım uşaqlığımdan,
Acılı-şirinli xatirələrdən.

Uşaqlıq illərim – xoşbəxt bir əsər,
Gəncliyim həm sevgi, həm də ki, kədər.
Kimə can dedimsə, kürəkdən vurdu,
Xəncəri sapladı qəlbimə qədər.

Yaxşılıq eylədim, xəyanət gördüm,
Bəzən düşündüm ki, yaxşılıq hədər.
Amma ruhumdakı o Allah sevgim,
Qoymadı qəlbimə toxunsun kədər.

Eyy mənim ömrümün şanı zirvəsi
Altmışım! – Xoş gəldin, səfa gətirdin.
Allahın  ən gözəl  xoş  hədiyyəsi,
Ömrümə bir ömür vəfa gətirdin.

Gəl tutum əlindən çıxaq bu yola
Ömrümün ikinci baharı kimi. 
Şükürlər olsun ki,  yetişdin mənə
Ruhumun düz əhdi, ilqarı kimi.

Xoş gəldin ay ömrüm, ay altmış yaşım!
Xoş gəldin ay könül, ürək sirdaşım!

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzən insanın ən böyük yorğunluğu ürəyində gizlənər.”
- Xuraman Muradova