Xuraman Muradova

Xuraman Muradova - GECƏN XEYRƏ QALSIN, UZAQDAKI YAXINIM

Poeziya 29 Oct 2026 14
Xuraman Muradova - GECƏN XEYRƏ QALSIN, UZAQDAKI YAXINIM

Xuraman Muradova - GECƏN XEYRƏ QALSIN, UZAQDAKI YAXINIM

Gecənin sükutunda köhnə izlər oyanır,
Ay işığı pərdədən otağıma boylanır,
Fikrim yenə sənli bir xatirədə dayanır —
Gecən xeyirə qalsın, uzaqdakı yaxınım.

Vərəqlərdə qurumuş al qızılgül gizlənir,
Səhifələr açılır, hər kəlməsi səslənir,
Dilə gəlməyən sözlər misralarda dillənir —
Gecən xeyirə qalsın, uzaqdakı yaxınım.

Pəncərəmdə yağışın səsi aha qarışır,
Yarımçıq ümidlər də küskünlüklə barışır,
Yaşanmayan bir sevgi uzaqlardan danışır —
Gecən xeyirə qalsın, uzaqdakı yaxınım.

Səhər açılar, ancaq gecədən həsrət qalar,
Yazılmamış məktublar könüldə səssiz ağlar,
Bu ürək də ömürlük adını gizli saxlar —
Gecən xeyirə qalsın, uzaqdakı yaxınım.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“İntizamsızlıq — sənə inananların sevincini gecikdirmək, ümidini isə yarı yolda qoymaqdır.”
- Xuraman Muradova