Xuraman Muradova

Xuraman Muradova - XƏBƏRSİZ

Poeziya 06 Sep 2026 32
Xuraman Muradova - XƏBƏRSİZ

Xuraman Muradova - XƏBƏRSİZ

Gecənin bağrına sığışan duman,
Ayın işığını dərdi xəbərsiz.
Sinədə göyərən o gizli güman,
Ümidin boynunu burdu xəbərsiz.

Dan yeri sökülüb qızaranda dan,
Yorğun kipriklərdən süzüldü bir yaş.
Hamıdan çox sirdaş bildiyim insan
Kürəyimdən xəncər vurdu xəbərsiz.

Çinar yarpağında gizlənən kədər,
Baxıb küləklərə söylədi: “Hədər…”
Bəxtin qələminə çatınca qədər,
Zamanın çarxı da durdu xəbərsiz.

Alındı əlimdən gəncliyin tacı,
Dərdin hər addımı zəhərdən acı.
Göyə yalvarsam da tapsın əlacı,
Bəxtim qarşıma sədd qurdu xəbərsiz.

Ağlın qovğasını atıb kənara,
Məlhəm istəmədi dərin yaraya.
Gözünü zilləyib uzaq yollara,
Dünyadan əlini üzdü xəbərsiz.

Həsrətin ocağı közərdikcə kor,
Könülə sığmadı şikayət nə zor.
Gözlərin nuruna çəkiləndə tor,
Ömrün sabahı da batdı xəbərsiz.

Sükutun çələngi bağlandı dilə,
Qarışdı xəyallar tufana, yelə.
Ayrılıq sədd qurdu  sevən qəlblərə,
Ruhun sevgisidə öldü xəbərsiz.
Xəbərsiz ,xəbərsiz

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Allah qəlbindən keçəni bilir… yetər ki, ümidini itirmə.”
- Xuraman Muradova