Xuraman Muradova

Xuraman Muradova - Sən xatirə ol

Poeziya 04 Jul 2026 87
Xuraman Muradova - Sən xatirə ol

Xuraman Muradova - Sən xatirə ol

Bir axşam dünya ruhuna dar gələr,
Qəlbinə bir nisgil, bir kədər çökər.
Başını qaldırıb göylərə bir bax,
O geniş səmalar gör nə söyləyər.

Xatırla, xatırla o anı, yeri,
Tərk edib gedənlər dönməyir geri.
Lakin o göylərdə bir nişanə var,
Mənəm o səssizlik, mənəm o vüqar.

Sığmaz bu genişlik heç bir məkana,
Sanki bir əmanət qalar dünyana.
Sənin gözlərində sönən o məşəl,
Qürurlu eşqimdir, çatmaz ona əl.

Amma heyhat, artıq keçibdir zaman,
Peşmanlıq qəlbinə verməz heç aman.
Gecikmiş etiraf – küləkli bir yol,
Mən uzaq ulduzam, sən xatirə ol.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Ən böyük sevgi sahib olmaq deyil… o qəlbi incitməməkdir.”
- Xuraman Muradova