Xuraman Muradova

Xuraman Muradova: Rəbbə Təslimiyyət...

Poeziya 15 Apr 2026 104
Xuraman Muradova: Rəbbə Təslimiyyət...

Xuraman Muradova: Rəbbə Təslimiyyət...

(Münacat – Allahın adları ilə çağırış və təslimiyyət)


Ey Məlik, Sənsən cahanın tək pənahı, ya Kərim,

Dərdə dərman Səndədir, ey nuri-şahı, ya Rəhim.


Sən əzəlsən, Sən əbədsən, Səndədir mülki-həyat,

Sən özün duy qəlbi-məhzundan bu ahı, ya Əzim.


Sən Qaffarsan, hər günahdan keç, amandır, ya Qəfur,

Sən Səttarsan, hər ayıbdan ört, amandır, ya Şəkur.


Ruhuma nurundan pay ver, eylə pürnur, ya Munir,

Qəlbimi hər dərddən azad eylə, nurla doldur, ya Munir.


Ey Vədud, eşqinlə dolsun can evim, hər zərrəmiz,

Sən Lətifsən, lütf qıl, Sənsən bizim tək həmdəmiz.


Hər kəs öz mülkündə qalsa, biz Sənə bağlandıq hey,

Sən Vəkilsən, Sən Kəfilsən, biz tək Sənə məhrəmiz.


Qalsa sənsiz, bu könül hər dəm yetimdir, ya Rəhim,

Sən yetimlər kimsəsisən, ey pənahım, ya Rəhim.


Qoyma darda bəndəni Sən, rəhm qılmaq şanındır,

Sən Qənisən, hər kəsin tək sahibi Sən, ya Rəhim.


Dünyanın zinəti gəldi-getdi, qaldı mülki-vəfa,

Sən özün sahib çıx, ey Mövla, pənahım, ya Rəhim.


Ey Xuraman, o böyük yaradana tapşır özün,

Sahibindir Rəbbimiz, ey tək pənahım, ya Rəhim.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sevgi elə bir hissdir ki… insanın içində həm yara açar, həm də o yaranı sağaldar.”
- Xuraman Muradova