Xuraman Muradova

Xuraman Muradova -Özbəkistanım mənim, Sən də  Ana  vətənim!  

Poeziya 08 Sep 2026 35
Xuraman Muradova -Özbəkistanım mənim, Sən də  Ana  vətənim!  

Xuraman Muradova -Özbəkistanım mənim, Sən də  Ana  vətənim!  

  
Hər daşında, divarında
Qədimliyin  nişanəsi.  
Bəzədilmiş sarayında
Var Quranımın nəfəsi.
Səməqəndim, Daşkəndim,
Sən də mənim  Vətənim!  
  
Əmir Teymurun hər izi,
Tarixinə bir  yaraşıq.  
Yanır ulduzların kimi  
Hər tərəfində  gur işıq.
Buxaram, Xarezmim mənim,  
Sən də mənim  Vətənim!  
  
Türkümün ərən nişanı, 
Hər məbədin ocağıdır.  
İbadət, ibrət sarayın,  
Haqq ədalət bucağıdır,  
Andican, Kokandım mənim,  
Sən də mənim Vətənim!  
  
Qanla yuyan dərdimizi,  
Bir ağlayıb, bir  bölmüşük.  
Bir ananın övladı tək,  
Bir qucaqda böyümüşük.  
Namangan, Ferganam mənim,  
Sən də mənim Vətənim!  
  
Azərbaycanım yazıbdı, 
Şanlı zəfər tarixini. 
Sənlə yayacaq dünyaya  
Turan adlı haqq səsini.  
Qaraqalpaq, Kaşka dəryam, 
Məni hər an duyan kəsim, 
Sən də mənim Vətənim!  
  
Yaransın Turan elləri,   
Səndə ey gözəl məkanım.  
Minarələrdən ucalsın  
Ərşə mübarək Azanın!  
Dualarla salamlayır  
Səni qızın Xuramanın 
Surxandəryam, Səmərqəndim,
 Sən də mənim Vətənim!  
Siz də mənim Vətənim!

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzən insanın ən böyük yorğunluğu ürəyində gizlənər.”
- Xuraman Muradova