Xuraman Muradova

Xuraman Muradova - O BAMBAŞQAYDI…

Poeziya 10 Jul 2026 47
Xuraman Muradova - O BAMBAŞQAYDI…

Xuraman Muradova - O BAMBAŞQAYDI…

Min sınaqdan keçərsən, yollar səni yoracaq,
Gəlib-gedən simalar iz qoymadan solacaq.
Bir gün qəfil kövrəlib, gözün yaşla dolacaq,
“O bambaşqaydı…” deyib, ruhun da sızlayacaq.

Mən zamanın qoynunda həzin titrək xatirə,
Düşəcəyəm yadına, dönəcəyəm o yerə.
“Fərqliydi…” deyəcəksən, bənzəməzdi heç kimə,
Bir sükutun içində görüşərik biz yenə.

Ötüb keçdi o illər, geri dönməz o yollar,
Mənli xatirələri pıçıldayar son bahar.
Sənə yadigar etdim qəlbimdəki izləri,
“Fərqliydi…” söyləyərsən, zamansa dönməz geri.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sözünə laqeyd yanaşmaq — sənə ümid bağlayan qəlblərə gizli bir xəyanətdir.”
- Xuraman Muradova