Xuraman Muradova

Xuraman Muradova - Gözün aydın, ay Vətən!   

Poeziya 25 Jun 2026 47
Xuraman Muradova - Gözün aydın, ay Vətən!   

Xuraman Muradova - Gözün aydın, ay Vətən!   

44 günlük müharibə Sənə zəfər gətirdi. 
Qol açdığın oğullar 
Özün sənə yetirdi 
Gözün aydın, ay Vətən! 
 
30 illik həsrəti 
Gözlərindən sildilər. 
Məğlub adlı ləkəni Səndən təmizlədilər 
Gözün aydın, ay Vətən! 
 
Cəsarətin, qüdrətin 
Dilə gəlmişdi bir an. Bu hünərin önündə 
Sanki donmuşdu zaman. 
Gözün aydın, ay Vətən! 
  
Düşmənə  göstərmisən 
O dəmir yumruğunu. Sən türk oğlu, türk kimi 
Göstərdin kim olduğun...

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Məsuliyyətsizlik — sadəcə vaxtı itirmək deyil, sənə qəlbini açan insanların güvənini itirməkdir.”
- Xuraman Muradova