Xuraman Muradova

Xuraman Muradova - Gec zaman gələr

Poeziya 29 Aug 2026 48
Xuraman Muradova - Gec zaman gələr

Xuraman Muradova - Gec zaman gələr


Gedən ömrün sükutunda pərişan bir zaman gələr,
Dönüş yoxdur bu yollardan, könül viran zaman gələr.


Bağışlanmaz bəzi səhvlər, silinməz qəlbdəki dağlar,
Tökülsə üzr üçün yaşlar, dönər hicran zaman gələr.


Dəyər olmaz kimsələrdə nə mənası, nə hörməti,
Unutmaq tək nicat olar, ötər pünhan zaman gələr.


Susar dil, soyuyar hisslər, Xuraman, bil bu hikməti,
Gecikmiş peşmanlıq bitər, amma çox gec zaman gələr...
Amma çox gec zaman gələr.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Dualarım susduğum yerlərin səsi oldu.”
- Xuraman Muradova