Xuraman Muradova

Xuraman Muradova - Eşq nədir

Poeziya 29 Aug 2026 92
Xuraman Muradova - Eşq nədir

Xuraman Muradova - Eşq nədir

Eşq nədir
Xuraman Muradova

Ağlı heyrana  qoyan sirr-i bəyan, eşq nədir?
Dilə tərifə sığışmaz bu fəğan, eşq nədir?

Zəhrlə  şərbəti bir camə qatan dad kimidir,
Həm acı, həm də şirin ruha rəvan, eşq nədir?

Düşsə insan yıxılar, lakin o dik saxlar onu,
Canı ayaqda tutan gizli təkan, eşq nədir?

Yandı pərvanə kimi atəş-i hicrində könül,
Söylə sən ey Xuraman, bu cahanda, eşq nədir?
Eşq nədir, eşq nədir?

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sözünə laqeyd yanaşmaq — sənə ümid bağlayan qəlblərə gizli bir xəyanətdir.”
- Xuraman Muradova