Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Tədbir çərçivəsində aprelin 22-də Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Raev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev və başqa qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Qırğızıstan Milli kitabxanalarının direktorları Kərim Tahirov və Aynura Askarovna çıxış edərək "Azərbaycan ədəbiyyatı guşəsi"nin yaradılmasını iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Azərbaycan, Türkiyə Yazıçılar Birliklərinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman xanım Muradovanın Azərbaycan Silahlı Qüvvələrinin "Dəmir yumruq"lu sərkərdəsi, Qarabağın fatehi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş "Əsrə bərabər 20 il" və "Əsrin qəhrəmanı olan Komandan" kitabları Qırğızıstan Dövlət Milli Kitabxanasında yaradılan Azərbaycan ədəbiyyatı guşəsində oxuculara təqdim olunub.