Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Azərbaycan, Türkiyə Yazıçılar Birliklərinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, iş insanı, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman Muradova Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış ömür yoluna həsr etdiyi “Əsrə bərabər 20 il” kitabını Prezident Kitabxanasına, Azərbaycan Respublikası Milli Kitabxanasına və geniş oxucu auditoriyasına təqdim edib. Prezident Kitabxanasında Xuraman xanım Muradovanın kitablarından ibarət guşə yaradılıb.
“Elm və Təhsil” nəşriyyatında yüksək nəfis tərtibatda çap olunan kitabın redaktoru Xalq yazıçısı Çingiz Abdullayev, rəyçisi Xalq yazıçısı Natiq Rəsulzadədir. Kitabda Ali Baş Komandanın Ordumuza sərkərdəliyinə, ölkəmizə rəhbərliyinə, prezidentlik fəaliyyətinə işıq salan, dəqiq faktlara söykənən bir-birindən maraqlı məqalə və müsahibələr yer alıb.
Oxucular Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı ilə Prezident Kitabxanasında, Azərbaycan Respublikası Milli Kİtabxanasında, Mərkəzi Elmi Kitabxananın oxu zalında tanış ola bilərlər.