Xuraman Muradova "Vip Milan" hospitalın qadın kollektivini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
18 February 2025
"VİP Milan hospital"ın rəhbəri, iş insanı, Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə rəhbərlik etdiyi hospitalın xanım həkimlərini və tibbi personalını təbrik edib, onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatda müvəffəqiyyətlər arzulayıb. Fəaliyyət göstərdiyimiz səhiyyə sahəsində vətənimizə, dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etmək borcunu hər birimizin əqidə və peşə borcumuz olduğunu vurğulayan Xuraman Muradova bu yolda hospitalın bütün heyətinə yorulmaz iradə və uğurlar diləyib.
Görüş zamanı həkimlər və tibbi personal Xuraman Muradovaya işçi heyətə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildiriblər. Bu günlərdə Xuraman xanımın Daşkəndə səfəri, qardaş Özbəkistanda işıq üzü görən "Vətən eşqi - Turan sevgisi" kitabının Özbəkistan Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində keçirilən möhtəşəm təqdimat mərasimləri və bu təqdimatların qardaş ölkənin mətbuatında geniş işıqlandırılmasından qürur duyduqlarını bildiriblər.
Səmimi ab-havada keçən görüş Xuraman Muradovanın həkimləri və tibbi personalın hər bir nümayəndəsini təbrik etməsi ilə başa çatıb.
https://youtu.be/b4OkCYicrKw?si=EDmpLnh9HzPBSNq-