Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Haqqın-ədalətin əlindən tutub,
Üzü yaxşılığa getdim həmişə.
Kinli baxışlardan, naqis üzlərdən,
Gizlətdim üzümü, itdim həmişə.
Açdım ürəyimin pəncərəsini,
Eşitdim yadın da doğma səsini,
Uddum acı dadan xoş kəlməsini,
Hər kəsin yolunda bitdim həmişə.
Doğru olmaq üçün yaranıb bəndə,
Allahı düşünün, hər nə edəndə,
Yaxşılıq yerinə pislik görəndə,
Göz yumub, unutdum, ötdüm həmişə.
Xuraman Muradam, sözdə sərrafam,
Haqqın aşiqiyəm, doğruyam, safam,
Mən göyün adamı, mən yerə yadam,
Mənə doğru addım atın həmişə.
✍️🧕📝📚📖✨🌹
Həqiqi Şair olan kəs uca Allahın yer üzünə insan sifətində göndərdiyi həqiqət elçisidir.
Əlləri uca göylərə şükürlə açılan, “ömrünə gələn qışı da köksünə sıxıb yaz kimi əzizləyən”, alnına yazılanları bir ilahi fərman bilib qismətinə şükür edə-edə mənəvi firavanlığa ucalmağı bacarmaqdı Şair ömrü...
Qələmə sarılıb ağ kağızın bəyazlığında Həqiqətə sığınmaqdı Şair ömrü...
Haqdan ruhuna hopan səsi, ilahi vəhyin pıçıltılarını sözə çevirərək hüzura qovuşmaqdı Şair ömrü...
Söz halallıqdı... Söz dəyərdi... Söz hikmətdi... Bu gün ilahidən gələn hikmətin - Sözünün halallığını ən uca dəyər kimi qoruyanların günüdü... Bu gün bütün dünyada Beynəlxalq Poeziya günüdü...Şairlərin - ömrünü, ruhunu, ən ülvi duyğularını şeirə çevirənlərin günüdü... Günümüz mübarək olsun! ✨🧕✍️📝📖📚✨🌹☘️💌📖📚