Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Bizi sevməyənlərə daha səbrim yox mənim,
Sevgi əgər yoxdursa, susmaq da bir cavabdır.
Nə deyəcək sözüm var, nə də gedəcək yolum,
Məni sevməyənlərdən qəlbim çoxdan uzaqdır.
Ruhuyla sevməyənə açılmaz qapılarım.
Qəlb alış-veriş deyil, haqqı, ədaləti var.
Mən sevgini zor ilə qəlbimdə yaşatmaram,
Sevməyənlər hardasa, elə orada qalar.
Bu yol geri dönməzdir, izlərini silərəm.
Dəyərsiz insanlara səbrimi xərcləmərəm.
Yolum sevənlərlədir, qalanlar zaman alar,
Sevməyən kimsələri Allah özü aparar…
Mən özümə sadiqəm, vicdanım yol yoldaşım.
Hər kəs layiq olduğu yerdə tapar yoldaşın.
Sevgi ilə gəlməyənə bir addım da atmaram.
Sevgim mənim şərəfim, sevgim mənim sirdaşım…