Blog Post Image

Xuraman Muradova: Rəhbər oğul ilə ana görüşü…

Uca bir rütbənin təvazösüdür,

Bir xalqın oğlunu qucaqlaması.

Bu, sadə bir görüş, bir an deyil ki,

Vətənin anayla soraqlaşması.


Qolları sarılıb ağbirçəyinə,

Qəlbində bir dünya rəhmət, ehtiram.

Qara kəlağayı, gül ləçəyinə,

Düşüb rəhbərinin sevgisi müdam.


Biri – dövlət deyib can qoyan oğul,

Biri – duaları göyə ucaldan.

Bu elə vəhdət ki, elə bir duyğu,

Zülməti nuruyla hər yana saçan.


Nə rəsmi protokol,nə soyuq divar,

Burda bir doğmalıq, bir istilik var.

Bir ana köksünə sığınan rəhbər,

Həm də öz xalqına sığınmış olar.


Dövlətin başında dayanan rəhbər,

Bir ana önündə əyib qəddini.

Elə bil dünyaya verilir xəbər:

Sevgidə tanımaz kimsə həddini.


O ana qucağı - Vətən torpağı,

Oğul sığınışı - bir arxa, dayaq.

Bu, bir məhəbbətin sönməz çırağı,

Bu eşqlə ucalıb, bu eşqlə qalaq.


Mənimdir bu qürur, mənimdir bu an,

Bir ana duası, bir oğul andı.

Rəhbərlə xalqını birləşdirən can,

Elə bu səmimi, isti qucaqdı.