Blog Post Image

Xuraman Muradova "Özbəkistanım mənim"

Özbəkistanım mənim, Sən də  Ana  vətənim!  

  

Hər daşında, divarında

Qədimliyin  nişanəsi.  

Bəzədilmiş sarayında

Var Quranımın nəfəsi.

Səməqəndim, Daşkəndim,

Sən də mənim  Vətənim!  

  

Əmir Teymurun hər izi,

Tarixinə bir  yaraşıq.  

Yanır ulduzların kimi  

Hər tərəfində  gur işıq.

Buxaram, Xarezmim mənim,  

Sən də mənim  Vətənim!  

  

Türkümün ərən nişanı, 

Hər məbədin ocağıdır.  

İbadət, ibrət sarayın,  

Haqq ədalət bucağıdır,  

Andican, Kokandım mənim,  

Sən də mənim Vətənim!  

  

Qanla yuyan dərdimizi,  

Bir ağlayıb, bir  bölmüşük.  

Bir ananın övladı tək,  

Bir qucaqda böyümüşük.  

Namangan, Ferganam mənim,  

Sən də mənim Vətənim!  

  

Azərbaycanım yazıbdı, 

Şanlı zəfər tarixini. 

Sənlə yayacaq dünyaya  

Turan adlı haqq səsini.  

Qaraqalpaq, Kaşka dəryam, 

Məni hər an duyan kəsim, 

Sən də mənim Vətənim!  

  

Yaransın Turan elləri,   

Səndə ey gözəl məkanım.  

Minarələrdən ucalsın  

Ərşə mübarək Azanın!  

Dualarla salamlayır  

Səni qızın Xuramanın 

Surxandəryam, Səmərqəndim,

 Sən də mənim Vətənim!  

Siz də mənim Vətənim!