Blog Post Image

Xuraman Muradova Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov tərəfindən təbrik edildi

22 avqust 2025-ci il tarixdə  Özbəkistan Respublikasının Azərbaycandakı konsulu Abdulaziz Voxidov və səfirliyin katibi Atabek Ramazanov Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradovanın 60 illik yubileyi münasibətilə Özbəkistan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun xüsusi təbrikini çatdırmaq üçün "VİP Milan" hospitalda qonaq olublar. Görüş zamanı qonaqlar Xuraman Muradovanın  Özbəkistanda dövlət tərəfindən nəşr olunan "Vətən eşqi - Turan sevgisi" kitabının Özbəkistan Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Universitetində keçirilən möhtəşəm təqdimat mərasimlərindən, Xuraman xanımın Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru olmasının ölkələrimizin mədəni birliyini simvolizə etməsindən,  eyni zamanda Xuraman Muradova yaradıcılığına dost və qardaş Özbəkistanda olan böyük rəğbət və məhəbbətdən söhbət açıblar. Görüşün sonunda Xuraman Muradova göstərdikləri diqqət üçün konsul Abdulaziz Voxidova və katib Atabek Ramazanova dərin minnətdarlığını bildirib, bundan sonra da qardaş ölkələrimizin ədəbiyyatına öz yaradıcılığı ilə töhfələr verəcəyini vurğulayıb.