Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Yoruldu qəlbimiz saxta üzlərdən,
Xain ürəklərdən, yalan sözlərdən.
Nurlu sabahları görən gözlərdə
Kədəri qəlblərdən silib atacaq,
Bizim üçün günəş yenə doğacaq.
Namazın hüzuru, səcdənin dadı,
Silib aparacaq qəmi, fəryadı.
Unutma, Allahdır məzlumun adı,
O səs dünyaları bir gün tutacaq,
Zülmün gecəsindən günəş doğacaq.
Əzizim, sən dik dur, sarsılma sakın,
Haqqın ədaləti bizlərə yaxın.
Xeyirxah əməldir mübarək axın,
Dünya yalandı bil, Haqq ucalacaq,
Ömrümüzə yenə günəş doğacaq.
Səbr et, hər yoxuşun bir enişi var,
Hər bağlı qapının açılışı var.
Rəbbimin möhtəşəm bir gəlişi var,
Qaranlıq bitəcək, nurlar yağacaq,
Dünyamıza yenə günəş doğacaq.