Xuraman Muradova "Vip Milan" hospitalın qadın kollektivini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
18 February 2025
Azərbaycan və Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Heydər Əliyev sarayında keçirilən tədbirdə iştirak edib.
tədbirdən öncə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Milli Məclisin deputatlarının, dövlət və özəl sektor, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin respublikanın bütün regionlarından qadınların, görkəmli ictimai-siyasi xadimlərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu oxunub.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir. Çıxışının sonunda Azərbaycan qadınlarını bir daha təbrik edən Bahar Muradova onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.