Xuraman Muradova "Vip Milan" hospitalın qadın kollektivini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
18 February 2025
Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradova Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak edib.
Səmimi ünsiyyət şəraitində keçən görüşdə tanınmış detektiv ustası Çingiz Abdullayev həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.
Muzeyin direktoru Əminə Məlikova dəyərli Xalq yazıçısına Ənənəvi texnologiya şöbəsində toxunan xalçanı xatirə hədiyyəsi kimi təqdim edib.