Blog Post Image

İstanbulda azərbaycanlı şairin “Ay Laçın, can Laçın” kitabının təqdimatı olub

İstanbulda yerləşən Türk Ədəbiyyatı Vəqfində Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, azərbaycanlı şair Xuraman Muradovanın "Ay Laçın, can Laçın" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən yazıçı Türk dünyasının birliyinin ölkələrimiz üçün əhəmiyyətindən bəhs edib, kitabının Azərbaycan-Türkiyə qardaşlığına töhfə olduğunu vurğulayıb.

Şeiri özü üçün var olmağın aynası hesab etdiyini deyən Xuraman Muradova yazdığı əsərlərində Türk dünyasına olan sevgisindən ilham aldığını bildirib.

Tədbir müəllifin imza mərasimi ilə davam etdirilib.

Qeyd edək ki, Xuraman Muradovanın "Ay Laçın, can Laçın" kitabı Türkiyə türkcəsində Ankarada nəşr edilib. Bu, şairin Ankarada işıq üzü görən ikinci kitabıdır.