Blog Post Image

Xuraman Muradova: Yenə gəlsin Ramazan!

Yenə gəlsin Ramazan


Ey böyük Yaradanım,

Nə yaxşı ki, sən varsan.

Yenidən yaşat bizi,

Yenə gəlsin Ramazan.


İşıqlansın qəlbimiz,

Ramazanının nuruyla.

Könlümüz dilə gəlsin

Xoş niyyət, xoş arzuyla.


Təzələnsin ruhumuz

Təkcə sənin adınla.

Haqqın yolunu tapdıq,

Müqəddəs Quranınla.


Nəsib eylə Sən bizə

Hər gələn Ramazanı.

Ömrümüzə pənahdı

On bir ayın Sultanı.


Bizi hidayət eylə

Xoş olsun hər anımız.

Kamil olsun hər zaman,

Ağlımız, imanımız.