Blog Post Image

Xuraman Muradova Türk dünyasının Həmrəylik gününə həsr olunmuş "Birlik Ruhu" konsert proqramının rəsmi dəvətli qonağı olub

🇦🇿🇹🇷🇺🇿🇰🇿🇰🇬🇹🇲🤝✍️🧕

Bu gün Türkçülük bayramı günündə Türk Dünyası Mədəniyyəti və İrsi Fondunun Prezidenti əzizimiz Aktotı Raimkuliyevanın dəvəti ilə Dövlət Akademik Filarmoniyasında iştirak etdiyim möhtəşəm "Birlik Ruhu" konsertindən fərəhlə, xoş təəssüratlarla ayrıldım. Niyazi adına Dövlət Simfonik Orkestri və "Turan" etno-folklor ansamblının  təqdimatında Türk dünyasının Həmrəylik Gününə həsr olunmuş konsert sanki Türk birliyinin təntənəsi idi. Yalçın Adıgözəlov və Kanat Ömərovun dirijorluğu ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan, Türkmənistan bəstəkarlarının əsərləri və xalq mahnıları zövqümüzü oxşadı. Türk dünyasının hər yerində bayram olsun, şənlik olsun, bayraqlarımız uca, birliyimiz daim olsun! Amin inşallah!