Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Torpaqdı, Vətəndi müqəddəs andım,
Yazdı tarixini qəhrəman Ordum.
Böyük Sərkərdəmin "Dəmir Yumruğu",
Mənim Şah əsərim, mənim qürurum.
Başını uca tut, bayrağın kimi,
Sən ey Ulu torpaq, ey Ana Vətən.
İgid oğulların bir nərəsiylə,
Aldı qisasını qana qan, Vətən.
Şöhrətin yayıldı qalib ölkə tək,
Azadlıq adınla qoşa çəkildi.
Ruhumda yaşayan, könlümdə bitən,
Adın, adlar içrə başa çəkildi...