Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Salam olsun Türkiyənin şəhid qanlı səngərinə,
Salam olsun əsrlərdən boylanan min illərinə.
Hər Minarədən Tanrıya ucalan saf duasına,
Ay-ulduz bayrağıyla güc verən sədasına.
Salam olsun Vətənimin Azərbaycan nəfəsinə,
Şuşamızın göz yaşında gizlənən şəhid səsinə.
Qarabağın azadlıqda güllər açan bağçasına,
Yurdumuzun zəfər dolu açılan xoş dünyasına.
Salam olsun Türküstanın yanar doğma ocağına,
Dastanlarla yoğrulan hər küncünə, bucağına.
Kökündən göyə ucalan məğrur dillənən səsinə,
Bir Tanrıya, bir də Türkə bağlı olan nəfəsinə.
Salam olsun Özbəyimin şah Buxara qülləsiinə,
Dua kimi zikirləri, xoş nəğməli gur səsinə.
Səmərqəndin əsrlərlə minillik səbir daşına,
Elm, hikmətlə yazılan unudulmaz yaddaşına.
Salam olsun Qazaxımın baxan qartal gözlərinə,
Ucsuz-bucaqsız çölünə, lalə açan düzlərinə.
Altay zirvəsindən əsən xoş soraqlı küləyinə,
Türk ellərin yollarına o bələdçi izlərinə.
Salam olsun Qırğız xalqın dastanlar yazan səsinə,
Manas kimi sinəsində xoş ətirli nəfəsinə.
Tanrı dağların işıqlı o müqəddəs zirvəsinə,
Qardaşlıq adlı yolunun tükənməz hədiyyəsinə.
Salam olsun Türkmən elin rəhminə, sədaqətinə,
Ürəklərdə məskən salan silinməz məhəbbətinə.
Al torpağın hər zərrəsi dua kimi varlığıdır,
Millətinə bağlı olan sönməz əbədiyyətinə.
Salam olsun Kipr xalqının göyündəki maviliyə,
Dalğaların üsyan dolu mübariz birliyinə.
Hər dalğası söyləyir bir olan həqiqəti:
Türk nəfəsi yaşadacaq bu xalqları, bu milləti.
Salam olsun Güneyimin nur işıqlı gözlərinə,
Yüz illərdir qəlbimizi odlayan o közlərinə.
Zülmətlərdə azadlığa ümidlə həsrət qalan,
Min illərdir məhbus olan dilindəki sözlərinə.