Blog Post Image

Xuraman Muradova Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu doğum günü münasibətilə təbrik edib

Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Xuraman Muradova Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu doğum günü münasibətilə təbrik edib.

Xuraman Muradova ilk öncə cənab səfiri və onun simasında qardaş özbək xalqını qarşıladığımız müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək hörmətli Bahrom bəy Aşrafxanova və onun timsalında qardaş özbək xalqına firavan həyat və əmin-amanlıq arzulayıb.

Xuraman Muradova təbrikində cənab səfir Bahrom bəy Aşrafxanovun ölkəmizə səfir təyin edildiyi vaxtdan mədəniyyətlərimizin tərəqqisi yolunda göstərdiyi xidmətləri, AZərbaycan ziyalılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. 

Xuraman Muradova inamla bildirib ki, İslam həmrəyliyi, Turan birliyi məhz dəyərli ziyalılarımızın düşüncə və əməl birliyi sayəsində var olacaqdır.

Uca Allah dost və qardaş Özbəkistanımızı, birliyimizi, bütövlüyümü, Türk dünyamızı qorusun! Amin İnşallah!