Blog Post Image

Xuraman Muradova Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təbrik edildi

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Özbəkistan Respublikasının Azərbaycandakı konsulu Abdulaziz Voxidov və səfirliyin katibi Atabek Ramazanov Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradovanı təbrik etmək üçün "VİP Milan" hospitalda qonaq olublar. Görüş zamanı qonaqlar Xuraman Muradovanın bu günlərdə Özbəkistanda dövlət tərəfindən nəşr olunan "Vətən eşqi - Turan sevgisi" kitabının Özbəkistan Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Universitetində keçirilən möhtəşəm təqdimat mərasimlərindən, eyni zamanda Özbəkistanda Xuraman Muradova yaradıcılığına olan böyük rəğbət və məhəbbətdən söhbət açıblar. Görüşün sonunda Xuraman Muradova göstərdikləri diqqət üçün konsul Abdulaziz Voxidova və katib Atabek Ramazanova dərin minnətdarlığını bildirib, bundan sonra da qardaş ölkələrimizin ədəbiyyatına öz yaradıcılığı ilə töhfələr verəcəyini vurğulayıb.