Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Zülmət çökməsə əgər, nurun olmaz qiyməti?
Acı dadmasa insan, bilməz şirin ləzzəti.
Həyat özü öyrədir bizə hər həqiqəti,
Yaxşını sevmək üçün yamanı görmək gərək.
Vəfasızlar öyrədir vəfanın dəyərini,
Yalançılar göstərir düz sözün kəsərini.
Görəndə bəd ruhların qəlbdəki əsərini,
Sağlam qəlbin qədrini onda bilirik demək.
Sıradan daşlar olar ləl-cəvahir yanında,
İnsan sınaqla bişər damarında, qanında.
Ruhun ən dar vaxtında, ən çətin bir anında,
Yaxşıya pənah apar, yaxşını anmaq gərək.
Tikanı görməyənlər gülü necə tanısın?
Zülmətə dözməyənlər nura necə sarılsın?
Ruhun sülh mənzilində ağ göyərçinlər uçsun,
Həyatın sirlərini sevgidə tapmaq gərək.
Xuraman, bu həyatın hər rəngi bir sınaqdır,
Yaxşılar sönməz günəş, yaman sönmüş çıraqdır.
Mənzili haqq olanın yolu nura boyaqdır,
Pisdən ibrət götürüb, yaxşıya yanmaq gərək.