Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Gözəl olmaq yetmir bəzən insana,
Qədrini bilməyən bir qəlbdə qalsan.
Dönərsən ən acı, lal bir romana,
Oxunmayan tozlu bir rəfdə qalsan.
Ümidlər qocalar, arzular sönər,
Gözünün nuru da solar dumanla.
Hər şirin xatirən xəyala dönər,
Yaran da sağalmaz ötən zamanla.
Sənə yad kəsilər doğma bildiyin,
Səsin də boğular dilsiz bir ahla
Hər gecə həsrətlə min yol öldüyün,
Ruhun əsir qalar soyuq yataqla.
Hər vərəq sükutun bir parçasıdır,
Mürəkkəb quruyub, göz yaşı kimi.
Bu tale bəxtinin bir parçasıdır
Daşıyıram onu qara daş kimi.
Kitablar içində qərib olarsan
Üz qabığın solmuş, cildin didilmiş.
Sən elə bir ahsan elə bir qəmsən
Varlığın əzəldən yoxluq edilmiş.
Adın da silinər, izin də itər,
Kimsəsiz yollarda tozun da ağlar.
Ömrün bir sükutun içində bitər,
Üstünə qar yağar, yolun buz bağlar.
Daha nə bir gələn, nə soran olar
Tənhalıq ruhuna bir kəfən biçər.
Ölüm yox, unudulmuş bir divar,
Səni bu dünyadan ayırar seçər.
Zamanın əliylə sətirlər itər,
Vərəqlər sovrular bir ovuc külə.
Bu “lal roman”ın da nağılı bitər,
Gəlməzsən bir daha yaddaşa, dilə.