Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Nə cümləmə sığışdın sən
Nə qələmim yazdı səndən
Tükəndim bu olmazlardan
İzin ver nöqtən olum mən…
Sənki məndən uzaqlarda ,
Səmada, yerdə, göydəsən
Ruhunu da al get məndən,
İzin ver nöqtən olum mən…
Ən gözəl şerim sən idin…
Yanlış hecalarım da sən.
Yarımçıq vergüllərim də,
Bitən nidalarımda sən!
Amma bu gün sondu artıq,
Sonuncu misram da bitdi.
Ürəyimin son nöqtəsi
Səninlə bağlandı, bitdi…
Küsdü ruhumdakı sevgi,
Gözəl olan hər şey getdi.
Qələm susdu, ürək dedi:
“Nöqtə qoy – qurtardı, bitdi…”