Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Ömür bir dərədir, söz isə nida,
Səslədik, qayıtdı bizə o səda.
Dünənki sükutun, ya da fəryadın,
Bir gün taleyində görünər adın.
Söz var ki, bal olar, gələr aşınla,
Söz var ki, baharın gələr qışınla
Bu gün yaşadıqca anlayırıq biz:
Dünənki kəlmədir bu günlərimiz.
Zaman dərəsinə dünən söz atdıq,
Bu gün o dərədən səs gəlir bizə.
Nəyi pıçıldadıq bəxt pərdəsinə,
İndi naxış olub görünür gözə.
Ömür bir qayadır, biz isə nida,
Səslədik, qayıtdı bizə o səda.
Dünənki qarğışın, ya da alqışın,
Bugünkü rəngidir ömrün, baxışın.
Dil bir toxum səpir, zaman göyərdir,
Acısı kədərdir, şirini bəxtdir.
Bu gün yaşadığın hər sevinc, hər qəm,
Dünənki kəlmənin əksi deməkdir…
Demə ki, söz uçur, havada qalır,
Hər kəlmə bir ömrü kəməndə salır.
Bu gün dindirdiyin o qırıq kaman,
Sabahın köksündə inləyər hər an.
Sükutun özü də bir nidadır, bil,
Biz öz səsimizlə hörürük günü,
Ruhun pıçıldayır, danışmırsa dil,
Səhv salmaq olarmı əksin, düzünü?
Gəl elə səsləyək bu lal dünyanı,
Çünki bu ömürdə nə varsa, inan,
Qayıdan xoş naxış bəzəsin canı,
Sənin öz səsindir sənə qayıdan…
Nəhayət, anlarsan yolun sonunda,
Nə bir özgə izi, nə özgə səsi,
Özünlə üz-üzə duran anında,
Ruhuna toxunmaz kənar nəfəsi.
Sən elə bir göysən – ulduzun sözdür,
Sən elə bir ayna– baxan özünsən.
Çalış dünyan bəzənsin yaxşılıqla
Bil, özün-özünlə ömür sürürsən.
Burda nəsə dəyişib ki?