Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Hər kəsin dərəcəsi öz işində gizlidir,
Haqqın nurlu baxışı, hər əməldə izlidir.
Nə gizli, nə aşikar Ondan kənar qalmadı,
Uca Rəbbim heç zaman qafil, naşı olmadı.
Bir parça çörək payla, ac qalanlar doysunlar,
Yaradana xoş getsin, dərdi kənar qoysunlar.
Mərhəmət qapısını döyən əllər var olsun,
Ziyarət et xəstəni, könülləri şad olsun.
Ey Rəbbim, uzaq eylə bizi çirkin günahdan,
Qoru hər bədnəzərdən, qoru bizi hər ahdan.
Nəfsimizə qalib gəl, hifz et bizi şərdən Sən,
Ayırma heç bir zaman Haqq olan o yerdən Sən.
Dua ilə ucalan ruhumuz azad olsun,
Axirət mənzilimiz cənnət ilə şad olsun.
Bu dünya bir sınaqdır, əməl — azuqəmizdir,
Allahın rəhmətiylə təmizlənən bir izdir.
Hər nəfəsdə şükr edək, Yaradandır ən uca,
Amin deyib yalvaraq, ömür gedir astaca.
Qoy iman çırağımız sönməsin heç bir zaman,
Bizi doğru yoluna hidayət etsin Sübhan.
Əməllər tərəzidə üzümüzü ağ etsin,
Ruhumuz bu dünyadan Haqqın nuruyla getsin.
Qoy Sənin rəhmətinlə qəlbimiz nurla dolsun,
Haqqın da dərgahında əməlimiz düz olsun.