Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Yağmur kimi yağıb yox olan eşqim,
Göyəmi çəkildin, yerəmi batdın.
Bir zamanlar mənsiz yaşayammazdın,
Beləmi istəyib məni yaşatdın?
Yelkənsiz qayıq tək dolanıb getdin,
Ünvansız məktuba döndün bir anlıq.
Xəyallar içində qalanıb getdin,
Ulduz tək parlayıb söndün bir anlıq.
Sənli düşüncələr olub didərgin,
Verdiyim suallar cavabsız qalıb.
Susuz səhrəlarda çırpınan quş tək,
Son xəyallarım da sənə yol alıb...
Sənli gümanları töküb qarşıma,
Səni əzizlədim hər saat, hər gün.
Mən səni özümə doğma bilmişdim,
Sən məni özündən eylədin küskün.
Söylə hara getdin, hara yox oldun,
Mənə vəfa qılıb kor olan eşqim.
Yaşadın arzumda, diləklərimdə,
Gedib uzaqlarda yaşayan eşqim.