Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Azərbaycan, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Türk dünyasının tanınmış vətənpərvər şairəsi Xuraman xanım Muradova bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Aktotı xanım Raimkulovanın rəsmi dəvətli qonağı olub.
Görüş zamanı ölkələrimiz arasında ədəbiyyat və mədəniyyət sahələrində əlaqələrdən söz açılıb.
Professor Aktotı xanım Raimkulova bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, ədəbi-mədəni müstəvidə birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmindən, Xuraman xanım Muradovanın timsalında Türk dünyası sevdalısı olan ziyalılarımızın bu şərəfli işdə, ölkələrimiz arasında mənəvi körpü yaratmaqda xidmətlərinin önəmindən danışıb.
Xuraman xanım Muradovanın şeirlərində Türk dövlətlərinin birliyinə, qardaşlığına böyük önəm verdiyini vurğulayan Aktotı xanım Raimkulova bildirib ki, o, özü də şeir, sənət sevdalı insandır. Aktotı xanım inamla vurğulayıb ki, ədəbiyyatla qurduğumuz könül bağları, körpülər ölkələrimiz və dövlət başçılarımız arasındakı qardaş və doğma münasibətin bariz nümunəsidir.
Görüş zamanı Xuraman Muradova Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərəfli ömür yolundan bəhs edən “Əsrin qəhrəmanı olan Komandan" kitabını Aktotı xanım Raimkulovaya təqdim edib.
Professor Aktotı xanım Raimkulova Xuraman xanım Muradovanı bu yaxınlarda Özbəkistan Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetində təqdimatı keçirilən "Vətən eşqi - Turan sevgisi" kitabının işıq üzü görməsi və möhtəşəm təqdimatı münasibətilə ürəkdən təbrik edib.
Şeirlərində Türk dünyasını diyar-diyar canlandıran şairənin poetik məharətinə heyran qalan Aktotı Raimkulova ona yaradıcılıq yolunda böyük uğurlar arzulayıb və şairəyə Türk Mədəniyyəti və İrsi Fondunun xatirə hədiyyəsini bağışlayıb.