Xuraman Muradova

Xuraman Muradova "Vip Milan" hospitalın qadın kollektivini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

Məqalələrim 08 Mar 2025 880
Xuraman Muradova "Vip Milan" hospitalın qadın kollektivini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

"VİP Milan hospital"ın rəhbəri, iş insanı, Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə rəhbərlik etdiyi hospitalın  xanım həkimlərini və tibbi personalını təbrik edib, onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatda müvəffəqiyyətlər arzulayıb.  Fəaliyyət göstərdiyimiz səhiyyə sahəsində vətənimizə, dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etmək borcunu hər birimizin əqidə və peşə borcumuz olduğunu vurğulayan Xuraman Muradova  bu yolda hospitalın bütün heyətinə yorulmaz iradə və uğurlar diləyib. 

Görüş zamanı həkimlər və tibbi personal Xuraman Muradovaya işçi heyətə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildiriblər.  Bu günlərdə Xuraman xanımın Daşkəndə səfəri, qardaş Özbəkistanda işıq üzü görən "Vətən eşqi - Turan sevgisi" kitabının  Özbəkistan Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində keçirilən möhtəşəm təqdimat mərasimləri və bu təqdimatların qardaş ölkənin mətbuatında geniş işıqlandırılmasından qürur duyduqlarını bildiriblər.

Səmimi ab-havada keçən görüş Xuraman Muradovanın həkimləri və tibbi personalın hər bir nümayəndəsini təbrik etməsi ilə başa çatıb.

https://youtu.be/b4OkCYicrKw?si=EDmpLnh9HzPBSNq-








“Bəzi insanlar həyatımızdan gedər… xatirələri isə bizimlə qalar.”
- Xuraman Muradova
“İntizamsızlıq — sənə inananların sevincini gecikdirmək, ümidini isə yarı yolda qoymaqdır.”
- Xuraman Muradova