Xuraman Muradova

Xuraman Muradova Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak edib

Məqalələrim 08 Mar 2025 436
Xuraman Muradova Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak edib

Azərbaycan, Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü Xuraman Muradova Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak edib.
Səmimi ünsiyyət şəraitində keçən görüşdə tanınmış detektiv ustası Çingiz Abdullayev həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.
Muzeyin direktoru Əminə Məlikova dəyərli Xalq yazıçısına Ənənəvi texnologiya şöbəsində toxunan xalçanı xatirə hədiyyəsi kimi təqdim edib.

“Məsuliyyətsizlik — sadəcə vaxtı itirmək deyil, sənə qəlbini açan insanların güvənini itirməkdir.” - Xuraman Muradova
“Sevgi bəzən bir ömür danışmadan belə, eyni ürəkdə qalmaqdır.”
- Xuraman Muradova