Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Səni sevdim, hər baxışda
Dünyanı unudaraq.
Əllərini əllərimdə
Son ümid tək tutaraq.
Səni sevdim, taleyimin
Ən çətin döngəsində.
Səni sevdim, bir ürəyin
Ən zərif bölgəsində.
Bu sadəcə sevgi deyil,
Bu bir ömrün səsidir.
Səni sevmək, bu həyatın
Mənə hədiyyəsidir.
Səni sevdim, göz yaşıtək
Kirpiyimdən asılı.
Sən ömrümün ən kədərli,
Həm də ən xoş fəsılı…
Səni sevdim, bu dünyanın
Hər acı sınağında.
Səni sevdim, bir ümidin
Titrəyən çırağında.
Səni sevdim, hər nəfəsdə
Ciyərimə çəkən kimi.
Tanrı sənli bu dünyanı
Gözlərimə bükən kimi..