Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Məzlumların ümidi,
Barışın səsi olsun.
Ədalət taxtı qursun,
Könüllər nurla dolsun.
Zülmün qaranlığında,
İşıq ümidə dönsün.
Haqlının haqqı çatsın,
Yer üzü gülə dönsün.
Qırılmış könüllərdə,
Sevgi nəğməsi çalsın.
Qardaşlıq bayraqları,
Göylərədək uçalsın.
Savaşlar sönüb bitsin,
Silahlar susub qalsın.
İnsanlıq meydanında,
Sülh nəğmələri çalsın.
Məzlumun göz yaşıyla,
Torpaqlar sulanmasın.
Uşaqlar röyasından,
Silahla oyanmasın.
Məzlumun susqunluğu,
Qiyamətin sükutu.
Zülümlə abad olan,
Yerlər viranə qalsın.
Məzlum dua eyləsin,
Pərdəsi yox Allahla.
Dualar qəbul olsun,
Zalimlər yerdə qalsın.
Ədalət hakim olsun,
Yalanlar yoxa çıxsın.
Məzlumun duasıyla,
Dünya ayaqda dursun,
Dünya ayaqda dursun.